Son günlər "Xəzər Lənkəran”ın transfer bazarında fəallaşması, Dieqo Souza kimi sabiq futbolçuların komandayadönüşünə də səbəb ola bilər. Digər məsələlərdən biri də, "Xəzər Lənkəran”ın sabiq futbolçusu və hazırda menecer kimi fəaliyyət göstərən Mario Souzanın komandaya yeni futbolçular təklif edəcəyidir. Məsələ ilə Mario ilə danışıb fikirlərini öyrəndik. Sabiq yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırırıq :
"Xəzər Lənkəran”da məşqçi dəyişikliyimdən xəbərim var. Amma deyə bilmərəm ki, mən hansısa futbolçunu komandaya təklif edəcəyəm. Əvvəl sizinlə söhbətdə demişdim ki, hazırda təkcə Azərbaycanda deyil, hər bir ölkədəki klublarda maliyyə problemləri var. Ona görə bəzən riskə getmək istəmirsən. Yəni bu dəqiqə deyə bilmərəm ki, "Xəzər Lənkəran”a futbolçu təklif etmişəm. Axı mənim heç kimlə görüşüm olmayıb. Amma uzaq gələcəkdə də, nə olacağını da deyə bilmərəm.
Qeyd edək ki, Souza "Xəzər Lənkəran” azarkeşlərinin sevimli futbolçularından biri olub. futbol11