SportArena.az xəbər verir ki, iyunun 12-də keçiriləcək Bakı-2015 I Avropa Oyunlarının açılış mərasimində komandaların paradı zamanı Azərbaycan bayrağını "Neftçi İdman Klubu"nun yetirməsi, cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Elmar Qasımov daşıyacaq.
Xatırladaq ki, Elmar Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa birinciliyinin qalibi olub. Bundan əlavə, cüdoçumuz Mərakeşdə keçirilən “Usta idmançılar arasında” yarışı, Samsunda təşkil olunan Qran-pri yarışları və Tbilisidə keçirilən Qran-pri yarışları da daxil olmaqla, 2015-ci ildə 3 qızıl medal qazanıb. O, bu ilin may ayında Bakıda keçirilmiş Qran-şlem yarışında gümüş medala yiyələnib. Ötən il Rusiyanın Tümen şəhərində təşkil olunmuş eyniadlı yarışda da Elmar Qasımov qızıl medala sahib olub.