Xəbər verdiyimiz kimi, “Qəbələ” Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışına başlayıb.
SportArena.az olaraq, “qırmızı-qaraların” aparıcı futbolçusu Rəşad Sadiqovla əlaqə saxlayıb, hazırlıq barədə danışdıq:
“Dünən ilk məşqə çıxdıq. Komanda üzvləri istirahətdən döndüyü üçün, ilk məşqi elə də çox yüklənmədik. Qarşıda Avroliqa və çempionat oyunları var. Bu turnirlərdə yaxşı uğur qazanmaq üçün, indi daha ciddi məşqlər etməliyik. Bu məsuliyyəti bütün futbolçular da yaxşı anlayır. İnanıram ki, çempionatın son turlarında göstərdiyimiz parlaq oyunu yenidən davam etdirəcəyik”.