"Bakı-2015": Əkiz güləşçilər Bakıda bir otaqda qala bilmədi

12:49 11 İyun 2015

"Bakı 2015" Birinci Avropa Oyunlarında iştirak edəcək serbiyalı Meyt və Viktor Nemes qardaşları Bakıda müxtəlif yarışlarda mübarizə aparacaqlar.



SportArena.az xəbər verir ki, əkiz qardaşlar biri-birinə mane olmamaq üçün ayrı otaqlarda qalmalıdırlar. Lakin Yunan-Roma güləşçiləri hesab edirlər ki, rəqib olmaları onların uğur qazanmasına yardım olacaq.

Viktor Nemes Bakı 2015-də 75 kq çəki dərəcəsinə malik idmançılar arasında Yunan-Roma güləşi üzrə yarışacağını deyir: "Zənnimcə, bu yaxşı haldır, çünki birlikdə məşq edə bilməklə yanaşı, qardaşım Meyt mənə kömək edə bilər. Lakin biz indi eyni otaqda yaşaya bilmərik, çünki hər gün vuruşuruq".

Şimali Serbiyanın Senta kəndindən olan 21 yaşlı bu əkizlər eyni çəki dərəcəsi üzrə yarışırlar. Lakin onlar Bakıda müxtəlif idman tədbirlərində iştirak edirlər.

Əkizlər belə düşünürlər ki, əgər onların yanında daim mübarizə aparacaqları bir kimsə olarsa, bu, güləş karyerasını inkişaf etdirməyə yardımçı olar. 

Viktor Nemes bildirib ki, onlar məşq düşərgəsində olanda 10 gündən sonra dalaşmağa başlayırlar. 

Onun əkizi Meyt Nemes etiraf edir ki, indiyədək qardaşı ilə çox vuruşub: "Bizim aramızda kimin daha yaxşı mövqe tutması uğrunda çoxlu yarışlar olub".

Meyn Nemes 75 kq çəki dərəcəsinə malik idmançılar arasında keçiriləcək yarışda iştirak edəcək. .

Serbiya komandası Bakıda güləş üzrə ən azı 3 medal qazanmaq niyyətindədir. Komandanın ən güclü üzvü, iki dəfə Avropa Çempionatının bürünc medal mükafatçısı olan Aleksandr Maksimoviç deyib ki, qrupdan gələn dəstək onlara kömək edəcək.


Digər xəbərlər

Xəbər xətti