Bir işin başında naşı, bacarıqsız, yalnız görüntü xatirinə iş görən insanlar dayanıbsa, hər hansı bir ciddi nəticəyə ümid etmək mənasızdır. Belələri adətən ixtiyarında olan pulları dağıtmaqla diqqət çəkir.
AFFA-nın baş katibi Elxan Məmmədov aşağı yaş qrupları üzrə millilərimiz adına milyonlarla vəsait xərcləyib. Düzdür, həmin milyonların çoxu onun alman dostlarının cibinə gedib ki, həmin pulun son ünvanını araşdırsalar, FİFA-dakı qalmqaldan daha betəri bizim AFFA-da da ola bilər. Hər halda, bunu zamanın ixtiyarına buraxaq...
Fakt odur ki, Elxan Məmmədovun de-fakto AFFA-ya rəhbərlik etdiyi bu 7-8 ildə aşağı yaş qrupları üzrə yığmalarımız yerində sayıb, heç bir ciddi nəticə əldə olunmayıb.
Bu qədər alman məşqçi, bu qədər xərcin qarşılığı budurmu?
Hal-hazırda Yeni Zenlandiyada U-20 milliləri arasında dünya çempionatının final mərhələsi keçirilir. Artıq 1/4 finala çıxan bəzi komandaların adlarına da aydınlıq gəlib. 1/4-ə çıxanlar arasında Özbəkistan yığması da var. Onlar 1/8 finalda Avstriyanı məğlub ediblər. Kim bilir, bir də gördüz 1/4-də Seneqala da qalib gəldilər.
Elxan Məmmədov özbəklərə yaxşı-yaxşı baxsın, baxsın və utansın. Başqa vaxtı əkələri bəyənmirsiz. Amma siz heç əkələr qədər ola bilmədiz. sportal.az