"Qəbələ" klubunun yarımmwdafiəçisi Dodo zədəsini sağaldaraq Ərzurumda komandaya qoşulub.
SportArena.Az-ın klubun "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, braziliyalı oyunçu hələ ki, fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, Dodo Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Simurq"a qarşı matçda zədələnmişdi. O, mart ayından indiyə kimi məşqlərə iştirak etmirdi.