Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Dənizkənarı Milli Parkdakı “Kiçik Venesiya şəhərciyi”ndə Avropa Qonaqpərvərlik Klubunun açılışı zamanı ilk Avropa Oyunlarını təbliğ etmək məqsədilə Lissabondan Bakıya velosipedlə səfər edən 53 yaşlı velosipedçi Jorje Kriştovao ilə görüşüb. Olimpiya.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva velosipedçiyə ailə üzvləri ilə birlikdə Oyunların açılış mərasimində iştirak etmək üçün biletlər təqdim edib.