“Bakı -2015” Avropa Oyunları ərəfəsində "Nənələr" qrupu “Yaşa Azərbaycan” adlı mahnı yazıb.
SportArena.az-ın məlumatına görə, Avropa Oyunlarının ölkəmizdə baş tutmasından böyük fərəh və sevinc hissi keçirən nənələr idman tədbirinə ifaları ilə dəstək olublar.
Qeyd edək ki, 1970-ci ildə Lənkəran rayonunun Separadi kəndində 6 bacı tərəfindən yaradılan "Bacılar", daha sonra isə "Nənələr folklor" ansamblı 100-ə qədər bayatı və mahnını öz repertuarına salmaqla ifa ediblər.
Hazırda folklor ansamblın ən gənc üzvünün 48, ən yaşlı üzvünün isə 80 yaşı var.