Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov hesab edir ki, komandamız Robert Prosineçkinin gəlişindən sonra daha çox hücum futbolu sərgiləyir.
SportArena.az xəbər verir ki, o, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçiriləcək səfər oyunu öncəsi baş tutan mətbuat konfransında bunları söyləyib:
"Prosineçkinin gəlişindən sonra daha çox hücum futbolu sərgiləyirik. Oyun sistemimizdə dəyişiklik var. Daha çox top saxlamağa, kombinasiyalı hücumlar qurmağa çalışırıq. Yəqin ki, Norveç yığmasının məşqçiləri bizim oyunlarımıza baxıblar və güclü cəhətlərimizi bilirlər. Rəqibin heyətində çoxlu istedadlı futbolçu var. Amma bizim də yaxşı komandamız var və uğur qazanmaq istəyirik. Asan olmayacağını bilirik. Çünki Norveç qrup üçüncüsü olmaq istəyir. Amma bizim də öz hədəflərimiz var". azerisport