Uesli Sneyder "Qalatasaray"la müqavilənin müddətini artıracaq.
SportArena.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan hollandiyalı yarımmüdafiəçi bildirib ki, tətildən qayıtdıqdan sonra İstanbul klubu ilə yeni müqaviləyə imza atacaq:
"Yuventus"dan təklif almışdım. Ancaq mən heç zaman "Qalatasaray"dan ayrılmağı düşünməmişəm. Müqaviləm gələn il başa çatır. "Qalatasaray" rəhbərliyi mənim qalmağımı istəyir. Tətildən qayıtdıqdan sonra yeni müqavilə imzalayacam".