“Qəbələ” 2015/16 mövsümünün hazırlıqlarını davam etdirir.
SportArena.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar” Türkiyənin Ərzurum şəhərində keçirilən təlim-məşq toplanışının 2-ci gününü iki məşqlə başa vurub. Roman Qriqorçukun komandası hazırlıq zamanı həm toplu, həm topsuz məşq edib. Komanda taktiki hazırlıq üzərində də çalışıb.
“Qəbələ”nin yeni transferi Vitali Vernidub və uzunmüddətli zədədən sonra sağalan Dodo məşqlərə başlayıb. Vernidubdan fərqli olaraq Dodo komandadan ayrı hazırlıq keçən Rikardinyo, Tellur Mütəllimov və Ruslan Əmircanov kimi fərdi məşqlə kifayətlənib. Milli komandaların heyətində olan futbolçular - Cavid Hüseynov, Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Elvin Camalov məşqlərdə iştirak etməyib.