Bu gün "Bakı-2015" I Avropa Oyunlarına start verilib.
SportArena.az xəbər verir ki, bu gün səhər Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülərin təsnifat mərhələsinin yarışı başlayıb.
Mərkəzin hovuzunda ümumilikdə 20 duet mübarizə aparıb.
Rusiyalılar Valeriya Filenkova və Darya Kulaqina 89,2333 nəticə ilə mərhələnin qalibi olublar. Ukraynalılar Yana Narejina və Yelizaveta Yaxno (87,5333) 2-ci, ispaniyalılar Culiya Eçeberria Eskuivel və İren Toledano Karmelo (85,7333) 3-cü pilləyə sahib çıxıblar.
Avropa Oyunlarında ilk yarışlara başlayan Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulub. Onlar 71,4333 bal toplayıb və 20 idmançı arasında 18-ci yeri tutublar.
Qeyd edək ki, oyunun final mərhələsi iyunun 15-də keçiriləcək.