“Gencaile.az” saytının “11 sual” rubrikasının budəfəki qonağı milli komandamızın sabiq üzvü, “Qarabağ”la son iki mövsümdə Azərbaycan çempionu olmuş İlqar Qurbanovdur.
Sportarena.az həmin müsahibəni sizə təqdim edir:
- Valideynlərinizin futbolçu olmanıza münasibəti necə idi?
- Ailəmin münasibəti yaxşı idi. Futbolda ilk addımlarımı atdığım dönəmdən məni dəstəkləyirdilər. -
Futbolçu olmasaydınız hansı peşəni seçərdiniz?
- Futbolçu olmasam, yəqin ki, öz işim, öz biznesim olardı. -
Futbol adamları adətən evdən kənarda olur. İndinin özündə də sizdə vəziyyət fərqli deyil. Ailənizdən uzaqda olmaq sizin üçün hansı problemləri yaradır?
- Daim ailədən, yaxınlarından uzaq olmağın özü problemdir. Heç də hər zaman sevdiklərinlə birgə olmaq imkanı əldə etmirsən. Zədə alaraq futboldan kənarda qalmaq təhlükəsi də öz yerində. Amma o da var ki, bu peşə həm sağlamlıqdır, həm də maddi baxımdan gəlirli işdir. -
Futbolçu karyeranızla bağlı ən çox hansı məqama görə təəssüflənirsiniz?
- Təəssüfləndiyim elə bir məqam yoxdur. Həyatda hər şey ola bilər. Nə oldusa, artıq geridə qaldı. Deməli, qismət beləymiş. - Futbol adamları daim diqqət mərkəzində olan insanlardır.
Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?
- Yox, yoldaşım da başa düşür ki, bu, mənim işimdir. Bu səbəbdən ailəmizdə qısqanclıq yoxdur.
Yeri gəlmişkən, ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?
- Məncə, evlilik məsələsində qarşı tərəfi də anlamaq lazımdır. Biləndə ki, ailə quracağın adam futbolçudur bir az problem ola bilər. Nə də olsa, futbol daimi peşə deyil. -
Uzun müddət Türkiyədə yaşamısınız. Hətta futbolçu karyeranızın da müəyyən hissəsi bu ölkə ilə bağlıdır. Nə əcəb türkiyəli xanımla ailə qurmadınız?
- Ailə qurmaq qismətdən asılıdır. Mən ailəmdən məmnun olduğumu deyə bilərəm. Hər şey yaxşıdır
- Övladınızın futbolçu olmasını istərdinzmi?
- Düzü, bu haqda düşünməmişəm. Ancaq yəqin ki, oğlumun futbolçu olmasını istəyərdim. -
Özünüzün bacarmadığı nə var ki, onu övladınızın etməsini istərdiniz?
- Allaha şükür ki, həyatımda arzu elədiyim hər şeyə nail olmuşam.
- Hansı futbolçularla ailəvi münasibətləriniz var?
- Bir çox futbolçu ilə ailəvi münasibətlərimiz var. Ən əsas isə Namiq Yusifov və Maksim Medvedevi qeyd edə bilərəm.
- Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz?
- Türkiyə “Boluspor”unda çıxış edəndə “Karabükspor”la qarşılaşmada fərqləndiyim məqamda maraqlı hal yaşanmışdı. Qapıya vurduğum zərbə qapıdan keçsə də, hamı topun toru yandan silkələdiyini düşünmüşdü. Bu səbəbdən də azarkeşlərimiz mənim qol sevincimi qəribə qarşılayırdı. Hamı bir-birinə baxırdı ki, bu niyə sevinir?