Sosial şəbəkədə fotoları yayılmasına baxmayaraq, 40 yaşlı aktyor Bredli Kuper 29 yaşlı rus model İrina Şeyklə sevgili olmasını inkar edir.
SportArena.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, aktyor hətta bununla bağlı xəbər yazan “Oops Magazine” dərgisini məhkəməyə verib. O artıq həmin materialların böhtan xarakterli olması barədə sənədlər də təqdim edib. Cütlüyün sosial şəbəkə izləyiciləri isə aktyorun bu addımından şoka düşüblər.
Belə ki, hələ bir neçə həftə əvvəl Bredli ilə İrinanın London küçələrində bir-birini qucaqlayaraq öpüşdükləri zaman çəkilmiş şəkillər bütün medianın gündəminə çevrilmişdi.
Qeyd edək ki, bir qədər əvvəl Bredli Kuper keçmiş sevgilisi Suki Uoterhausla bərabər otellərin birindən çıxarkən paparassilərin kameralarına tuş gəlmişdi.