İyunun 10-da Bakı şəhərində I Avropa Oyunları ilə əlaqədar paytaxta gəlmiş əcnəbiləri daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 idmançı yaralanıb. Avstriya Olimpiya Komitəsi 3 sinxron üzgüçü atletlərin qəzaya düşməsini təsdiqləyib. Qızlar səkidə piyada gəzərkən xidməti avtobus tərəfindən vurulub. Avstriya Olimpiya Komitəsinin rəsmi saytının yazdığına görə, xəsarət alanlar Verena Breit, 15 yaşlı Vanessa Sahinovic və Luna Pajerdir. Hər üçü üzgüçüdür, 15 yaşları var. Sosial şəbəkələrdə qəzanın görüntüləri yayılıb. Meydan TV həmin videogörüntüləri təqdim edir. Görüntülərdən məlum olur ki, avtobus qəzanı törədir və dayanmır.