"Bakı-2015": Ukrayna Milli Olimpiya Komitəsi bəyanat yaydı

16:38 12 İyun 2015

Ukrayna Milli Olimpiya Komitəsi bəyanat yayıb.



SportArena.az xəbər verir ki, bəyanatda "Bakı-2015" I Avropa Oyunlarının Atletlər Kəndində ukraynalı idmançılarla Rusiya yığmasının üzvləri arasında hər hansı qalmaqalın baş vermədiyi bildirilir.

“Bakıda keçirilən I Avropa Oyunlarında çıxış edən Ukrayna millisinin qərargahı bəyan edir ki, ukraynalı idmançıların davada iştirakı ilə bağlı Azərbaycanın elektron nəşri “haqqın.az”da peyda olan, sonradan Ukrayna və xarici KİV-lərdə dərc edilən xəbər həqiqəti əks etdirmir. Avropa Oyunlarının Təşkilat Komitəsi, Ukraynanın Azərbaycandakı səfirliyi, Azərbaycanın səlahiyyətli təhlükəsizlik orqanları tərəfindən belə münaqişə ilə bağlı heç bir fakt qeydə alınmayıb”.


Digər xəbərlər

Xəbər xətti