Bir-neçə gün öncə yayılan xəbərlərə görə, AFFA "Simurq"un yaşaması üçün bir-neçə şirkətlə sponsorluq haqqında razılığa gəlməyə çalışırdı.
SportArena.az xəbər verir ki, AFFA-nın bu planı da baş tutmayıb. Belə ki,"İnter"in "quyruğu" hesab edilən "Simurq" növbəti mövsümdən ən yaxşı halda rayonun gənc futbolçuları ilə Premyer Liqada mübarizə apara biləcək. Bu halda da "Simurq"un maliyyə problemlərini AFFA öz büdcəsi hesabına həll etməlidir. Nəzərə alsaq ki, SOCAR-ın hazırda "Neftçi"nin büdcəsinin 3 dəfə azaldılması, "Neftçala"ya pul ayıra bilməməsi problemi AFFA-dan da yan keçməyib, bu halda "Simurq"un yaşamağını gözləmək yalnız sadəlövlük olardı. Axır ki, yarandığı gündən daima "İnter"in uğurları üçün çalışan, peşəkar kluba yaraşmayan addımlar atan "Simurq"dan Azərbaycan futbolunun canı qurtulur. Çünki, həmişə başqalarına görə meydanda mübarizə aparan "Simurq" növbəti mövsümdən də bu çirkin əməlindən əl çəkən deyil. Yaxşı olar kı, AFFA növbəti mövsüm "Karvan", "Neftçala" və ya "Turan" kimi klublara sponsorluq edə biləcək bir sponsor tapsın.
Cavid ƏHMƏDOĞLU