Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Danimarkadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.
SportArena.az xəbər verir ki, “Nordselland” klubunun 19 yaşlılardan ibarət komandası ilə oyun 1:0 hesabı ilə U-21-in xeyrinə başa çatıb. Yeganə qolu Vadim Ağarəhimov vurub.