Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo"Avro-2016"nın seçmə mərhələsində millimizlə 0:0 bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:
"Azərbaycanın daha çox müdafiədən oynayacağını gözləyirdik. Belə də oldu. Bakıda 3 qol şansımız oldu, onlardan birini qola çevirib qalib gəldik. Ancaq bu dəfə 7-8 şansımız olsa da, bundan yararlana bilmədik".