Azərbaycan Avropa Oyunlarında ilk medalını qazandı

18:42 13 İyun 2015

Bu gün “Bakı-2015” I Avropa Oyunlarında karateçilər mübarizəyə qoşulublar.



SportArena.Az-ın məlumatına görə, idmançılarımız Kumite növü üzrə bütün çəki dərəcsində təmsil olunub. 55 kq çəki dərəcdəsində mübarizə aparan karateçimiz İlhamə Qasımova Azərbaycana  Avropa Oyunlarında ilk medalı qazandırıb.

O, birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. İkinci görüşüşdə türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz  1:0 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib. 

Rəqib 1:0 hesabı ilə qalib gəldiyindən, Qasımova qrup ikincisi kimi mərhələ adlayıb.
 
İdmançımız yarımfinalda fransalı Emilya Tuoyla üz-üzə gəlib. Görüş  6:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. 

Qasımova bürünc uğrunda ispaniyalı Kristina Ferrer Qarsiya ilə döyüşüb. Gərgin keçən oyun idmançımızın  5:2  hesablı  qələbə qazanıb.
 

Bu, həmçinin yığmamızın Avropa Oyunlarında ilk medalı kimi tarixə düşüb.


Digər xəbərlər

Xəbər xətti