"İlk olaraq məşqçilərimə təşəkkür edirəm. Onların üzərimizdə əziyyətləri var".
SportArena.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı-2015" I Avropa Oyunlarında kişilər arasında kumite yarışlarında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanmış Firdovsi Fərzəliyev deyib.
Qızıl medalın sahibi 6 aydır ki, çətin məşqlərin getdiyini və hazırlıqların yüksək səviyyədə olduğunu bildirib: "Bu yarışa 5-10 dəfə artıq hazırlaşmışıq. Prezidentimizə minnətdarlıq edirəm. İlk 3 döyüşdə qələbə qazandım. Qrupda qalib gəldiyim italyanla finalda rastlaşdım və qalib gəldim".
F.Fərzəliyev çempionluq hisslərini bu cür ifadə edib: "Bu hissləri anlatmaq mümkün deyil, yaşamaq lazımdır. Bundan gözəl sevinc yaşamamışam. Bütün tamaşaçılardan xahişimiz odur ki, idmançıların qələbəsi, çempion olması üçün dua etsinlər".report.az