"Qəbələ" yoxlama oyununa hazırdır

10:32 15 İyun 2015

2015/16 mövsümünün hazırlıqlarını Ərzurumda davam etdirən “qırmızı-qaralar” təlim-məşq toplanışının 5-ci gününü bir məşqlə başa vurub.

 

SportArena.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün Türkiyədə ilk yoxlama matçına çıxacaq Roman Qriqorçukun komandası günün ikinci yarısında məşq keçib. Komanda taktiki hazırlıq və qapıya zərbələr üzərində çalışıb.

Dodo, Rikardinyo, Tellur Mütəllimov və Ruslan Əmircanov fərdi məşqlə kifayətlənib. Millinin üzvləri - Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Elvin Camalov məşqlərdə iştirak etməyib.

Qeyd edək ki, “Qəbələ” bu gün Bakı vaxtı ilə saat 19:30-da Ərzurumun U-21 komandası ilə yoxlama oyunu keçirəcək.


Digər xəbərlər

Xəbər xətti