Leroy Corc, Muarem Muarem və Vüqar Nadirov kimi futbolçuları ilə vidalaşan “Qarabağ”, daha bir aparıcı üzvü ilə yollarını ayıra bilər.
Sportarena.az futbolxeber.az-a istinadən xəbər verir ki, Ağdam klubunun aparıcı üzvü Reynaldonun komandadan ayrılmaq ehtimalı var. Belə ki, braziliyalı forvard Birləşmiş Ərəb Əmirliklərinin 1 klubundan sərfəli təklif alıb. Ərəblərin Reynaldoya təklif etdikləri 1 illik maaş onun ölkəmizdəki qazancından 2-3 dəfə çoxdur. Üstəlik, həmin komanda Reynaldoya görə “Qarabağ”a da yaxşı məbləğ ödəməyə hazırdı.
Məvacib yüksək olduğundan Reynaldo da Ərəb Əmirliklərinə yollanmağın lehinədir. “Qarabağ” isə braziliyalı forvardı əldən buraxmaq istəmir.