İrina Zaretska: "Azərbaycanın bu qədər medal qazanması çox fantastik nəticədir"

16:52 15 İyun 2015

Bu yarışın keçirilməsi həm mənim, həm də Azərbaycan Karate Federasiyası üçün çox vacib amildir. Çünki, bu yarışlar idman tarixində karate növünün daxil olduğu ilk qitə oyunlarıdır.

 

Bunu açıqlamasında karatenin kumite üzrə “Baku-2015” Olimpiya Oyunlarında qızıl medala sahib olan Azərbaycan idmançısı İrina Zaretska söyləyib.

İdmançı karate üzrə əldə etdikləri qızıl medalın olimpiya oyunlarında qazanılan ilk mükafatlar olduğunu söyləyib: “Biz bu oyunlara çox ciddi hazırlaşdıq və çox əziyyət çəkdik. Hər gün və gün ərzində iki dəfə məşq edirdik. Bu çətin məşqlərdə tökdüyümüz tərin və qanın nəticəsində birinci medala layiq görüldüm”.

İrina Zaretska, Azərbaycanın Avropa Oyunları zamanı medalların sayına görə liderliyi əldə etməsini çox yüksək dəyərləndirib: “Azərbaycanın bu qədər medal qazanması çox fantastik nəticədir və medalların 4-ü karate növündə qazanılıb. Biz bununla sübut etdik ki, Azərbaycan yığması Avropa komandaları arasında çox güclüdür. Ölkəmiz medalların sayına görə birinciliyi əldə etdiyi üçün, ölkələrin və idmançıların çoxu bizə həsəd və paxıllıqla baxırlar.”

Gələcək planları barədə danışan İrina qeyd etdi ki, idman məşqlərinə və yarışlarına davam edəcəyik. Bu ilin Noyabr ayında İndoneziyada keçiriləcək karate üzrə Gənclər arasında dünya çempionatında iştirak edəcək.”


Digər xəbərlər

Xəbər xətti