İlk Avropa Oyunlarında güləş üzrə 71 kq çəki dərəcəsində qızıl medal qazanmış pəhləvanımız Rəsul Çunayev "Xəzər Xəbər"ə müsahibə verib.
SportArena.az xəbər verir ki, o, qalibiyyətlə bağlı hisslərini bölüşüb, həmçinin hər qalibiyyətdən sonra etdiyi jestlər barədə danışıb. Təbii ki, Rəsulun mukafatlandırma zamanı Prezident İlham Əliyevlə dialoqu ilə bağlı da açıqlama verib
Macar rəqibi Balint Korpasinin üzərində 4:2 hesabla qələbə qazanaraq, qızıl medala sahib çıxan Rəsul Çunayevin mükafatlandırılıması zamanı hər kəsin diqqətini bir məqam çəkib. Rəsul Prezident İlham Əliyevlə səmimi qucaqlaşaraq, ona nə isə deyir.
Güləşçimiz dövlət başçısına dediklərini bizimlə bölüşüb. Dövlət başçısının onu təbrik edərək, gələcək yarışlarda ona uğurlar arzu etdiyini deyən Rəsul, ''Bəs gələcək yarışlarla bağlı prezidentə söz vermisənmi'' sualına belə cavab verdi. Bir dəfə azərkeşlərini rəqslə çoşduran, daha sonra isə əsgər salamı ilə diqqət çəkən Rəsul Çunayev 1 aydan sonra əsgərliyi başa vuracaq.