Zlatan İbrahimoviç İtaliya klubuna daha da yaxınlaşdı

10:37 16 İyun 2015

PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç agenti Mino Rayola ilə birlikdə Qatara yollanıb.

 

SportArena.az xəbər verir ki, səfərin məqsədi isveçli ulduzun Paris klubundan ayrılmaq istəyidir. İsveç millisinin kapitanı və agenti PSJ-nin prezidenti Nasir Əl-Xəlaifi ilə müqaviləni pozmaq barədə danışıqlar aparmaq istəyir. Parislilər "Financial fair play" qaydalarına görə İbranı pulsuz da buraxa bilər. PSJ-də ilə 15 milyon avro məvacib alan Zlatanın müqaviləsi 2016-cı ildə başa çatmalıdır.

 

Qeyd edək ki, bir neçə gün əvvəl onun "Milan"a qayıdacağı barədə xəbərlər yayılmaqda idi. 33 yaşlı forvard bu informasiyanı təkzib etsə də, Milanda onun yolunun gözləyənlər heç də az deyil.


Xəbər xətti