CANLI YAYIM "Bakı-2015": Abakarova yarımfinalda dayandı

17:52 16 İyun 2015

Taekvondo
Kişilər
58 kq
 
Bu çəkidə ölkəmizin idman şərəfini Məhəmməd Məmmədov qoruyur. Gənclər arasında Avropa çempionu ilk görüşündə israilli Gili Haimovitslə gücünü yoxlayıb. Yeniyetmələrin dünya birinciliyinin gümüş medalçısı rəqibinə çətin anlar yaşadaraq, layiqli qələbə qazanıb.
 
Haimovitsə 7:4 hesabı ilə qalib gələn həmyerlimiz 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabrera ilə qüvvəsini sınayıb. Qarşılıqlı hücumlar şəraitində keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. 2014-cü ildə Bakıda Avropa çempionatının bürünc medalını qazanan Qabrera 8:3 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.
 
Qadınlar
49 kq
 
Qadınlardan ibarət yığmamızın heyətində Oyunlara Patimat Abakarova start verib. İslam Həmrəyliyi Oyunlarının mükafatçısı rusiyalı Aleksandra Liçaqina ilə münasibətinə aydınlıq gətirib. Görüşə uğurla başlayan idmançımız sona kimi üstünlüyünü qoruyub və döyüşü inamlı qələbə ilə başa vurub - 7:1.
 
O, 1/4 finalda İoanna Kuotsou (Yunanıstan) ilə qarşılaşıb. Görüş taekvondoçumuzun qələbəsi ilə başa çatıb. 20 yaşlı idmançımız özündən 8 yaş böyük olan Avropa çempionunu 4:3 hesabı ilə məğlub edib.
 
Patimat finala gedən yolda serbiyalı Tiyana Boqdanoçivlə gücünü yoxladı. Saat 17:00-da başlayan döyüş idmançımızın 6:7 hesablı məğlubiyyətiilə başa çatdı.
 
Qeyd edək ki, taekvondo yarışları 4 gün keçiriləcək və hər gün 2 dəst medal öz sahibini tapacaq.

 


Digər xəbərlər

Xəbər xətti