"Serhat Ardahanspor" klubundan ayrıldıqdan sonra klub axtarışında olan yerli qapıçı Elnar Kərimov özünə təzə iş yeri tapıb.
SportArena.az xəbər verir ki, Kərimov Türkiyə 3-cü liqa təmsilçisi "Bartınspor"la 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, bu keçidin reallaşmasında qapıçının məşqçisi olan Hüseyn hoca əsas rol oynayıb.