Bilirəm ki, "Qarabağ" olduqca iddialı və ambisiyaları olan klubdur. Ötən mövsüm Avroliqada "Qarabağ"ın "Sent–Etyen" və "İnter"lə oyunlarını izləmişəm".
SportArena.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yeni transferi Alharbi El Jadeyaoui klubun rəsmi saytına açıqlamasında deyib.
29 yaşlı Əlcəzair əsilli futbolçu "Qarabağ"a uğur qazanmaq üçün gəldiyini bildirib: "Yeni komandam baxımlı futbol oynayır. Daim hücumda oynamağı sevir. Ona görə də doğru ünvana gəldiyim qənaətindəyəm. Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyir. İlk məqsədim komandaya tez adaptasiya olub, meydana çıxmaqdır. Çempionlar Liqasında maksimum uğur qazanmaq xoş olardı. Bunun üçün əlimdən gələni edəcəm ki, komandama faydalı olum. Təbii ki, "Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm".
Qeyd edək ki, "Qarabağ" bu gün Alharbi ilə iki illik müqavilə imzalayıb.