Bakı 2015 ilk Avropa Oyunlarında bu gün baş tutmuş kişilər arasında su polosu yarışlarında Macarıstan Rumıniya üzərində 18-3 hesabı ilə qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.
SportArena.az xəbər verir ki, Macarıstanın kişilər üzrə su polosu komandasını indi daha çətin sınaqlar gözləyir.
Macarıstanı təmsil edən komandanın müdafiəçisi Riçard Korban qazanılmış qalibiyyət haqda sevincini bölüşüb:
"Biz özümüzə inanırıq. Bu bizim üçün əhəmiyyətli oyundur. Asan qrupda yer almışdıq. Etmək istədiyimizi edə bildik və dörddəbir finalda da əlimizdən gələni edəcəyik".
İtaliya komandası da kişilər arasında su polosu yarışlarında dörddəbir finalda öz yerini tutub. Yığma A Qrupunun final oyununda 18-6 hesabı ilə Ukraynanı məğlub edib. Bu isə o deməkdir ki, qalibiyyət əldə edən komandanın italyan məşqçisi Ferdinando Pessi bütün diqqətini əsas rəqiblərinə yönəldə bilər:
"Yarışdan əvvəl Monteneqro və Serbiya mənim favoritlərim idilər. Lakin şənbə günü keçirilmiş oyunlarda Yunanıstanın 16-12 xal hesabı ilə Monteneqro üzrəində qələbə qazandığını izlədikdən sonra belə qənaətə gəldim ki, Yunanıstan favoritlər sırasındadır".
Bugün İspaniya kişilər arasında baş tutmuş su polosu yarışlarının D Qrupunda Slovakiyanı 14-9 hesabı ilə məğlub edərək ən çox xalı qazandı və rəqiblərini dörddəbir finalın təsnifat mərhələsinə yolladı.
Xorvatiya komandası isə C Qrupunda Yunanıstan üzərində 13-12 hesabı ilə qalibiyyət əldə edərək sözügedən yarışda dörddəbir finala yüksəlməyi bacardı.
Qadınlar arasındakı su polosu yarışlarında Macarıstan və Rusiya birbaşa yarımfinalda iştirak şanslarını əldən buraxdılar.
Belə ki, A Qrupunda yarışan Macarıstan Niderlanda 14-9 hesabı ilə məğlub olub. Yarışların B Qrupunda isə Rusiya ilə İtaliya arasındakı mübarizə 11-11 hesabıyla heç-heçə ilə sona çatdı.
Əgər Yunanıstan İsrail yığması qarşılaşacağı zaman eyni əzmi nümayiş etdirərsə, hələ də ən yaxşı yeri tutan komandalardan biri ola bilər. Qeyd edək ki, yunanlardan ibarət yığma 15-4 xal hesabı ilə Almaniyanı təmsil edən komandaya qalib gəlib.