Qızıl ledi
Atıcılıq, Saat 09:15-dən
Azərbaycanlı idmançılar atıcılıq üzrə kişilər və qadınlar arasında müxtəlif kateqoriyalar üzrə yarışlarda iştirak edəcəklər. Avropa Oyunlarının ən yaşlı idmançısı - 57 yaşlı İradə Aşumova üç kateqroiya üzrə yarışacaq: 10metrdən hava tapançası, 25 metrdən hava tapanşası və qarışıq komanda. O, ilk dəfə oğlu Ruslan Lunevlə yanaşı yaraışacaq. Ruslan 10 metrdən hava tapançası ilə atəş kateqoriyasında yarışacaq.
Qadınlardan Nərmin Səmədova 10 metrdən hava tapançası ilə atəş, Elvin İsmayılov və Əlimirzə Quliyev səngər stendi, Rəsul Məmmədov isə 10 metrdən hava tapançası ilə atəş kateqoriyasında yarışlarda iştirak edəcəklər.
Əsgərov - qara fiqur deyil
Güləş,Saat 10:00-dan
Güləşçi Yaşar Əliyev 57 kq çəki dərəcəsində yarışlara start verəcək. Toğrul Əsgərov 65 kq, Cəbrayıl Həsənov 74 kq, Xetaq Qazyumov 97 kq çəki dərəcəsində təsnifat yarışlarına qatılacaq. 22 yaşlı Toğrul Əsgərov London 2012-nin çempionudur.
Taekvondo
Saat 10:30-dan
Ayxan Tağızadə ilkin mərhələdə Sloveniyadan Qantar Jure ilə döyüşəcək. Günay Ağakişiyeva isə qadınlar arasınday yarışda Serbiyadan Dragana Qladoviçlə ilkin raundda üzləşəcək.Günay Azərbaycanın qadın idmançıları arasında medala ən yaxşı namizədlərdəndir.
Voleybol
Saat 16:30-dan
Qadınlar arasında voleybol yarışı üzrə A qrupunda ilkin raundda Azərbaycan komandası İtaliya ilə görüşəcək.
Su polosu
Saat 16:00-dan
Kişilər arasında isə su polosu üzrə yarışların təsnifat görüşündə Azərbaycan Türkiyə komandası ilə qarşılaşacaq.
Akrobatika gimnastikası
Saat 14:00-dan
Qadınlar arasında qrup, balans hərəkətləri üzrə təsnifat yarışlarında Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova çıxış edəcəklər.
Qarışıq cütlük balans hərəkətləri üzrə yarış saat 17.30-dan etibarən azərbaycanlı idmançıların - Ulyana Dyukova və Anatoliy Leonovun çıxışı ilə davam edəcək. Onlar Azərbaycanı qarışıq cütlük temp hərəkətləri üzrə yarışda da təmsil edəcəklər.
Aerobika gimnastikası
Saat 23:45
Qarışıq cütlük təsnifat yarışlarında Azərbaycanı Vera Bosiks və Vladimir Dolmatov cütlüyü təmsil edəcək. Bosiks 2014-cü il Beynəlxalq Gimnastika Federasiyası Dünya Kubokunda 3-cü yeri, Dolmatov isə 2015-ci il Aerobika üzrə Çexiya Açıq Turnirində 2-ci yeri tutub.
Kamandan oxatma
Saat 11:55-dən
Kamandan oxatma üzrə kişilər arasında komanda yarışının 1/8 final mərhələsində Azərbaycan komandası İtaliya ilə qarşılaşacaq. Azərbaycan komandasının tərkibində Aleksey Kopnin, Taras Senyuk və Roman Vengrov kimi tanınmış idmançılar var.
Saat 10:15-də isə qadınlar arasında komanda yarışının 1/8 finalında Azərbaycan komandası almaniyalı rəqibləri ilə üzləşəcəklər.
Saat 15:30-da qarışıq yarışlarda Azərbaycan komandası İtaliya ilə görüşəcək. Əgər komanda qalib çıxarsa, elə 17 İyun axşamı ¼ final, yarım final və final mərhələsində də görüşə çıxacaq.
Çimərlik voleybolu
Saat 12:00-dan
Qadınlar arasında A qrupunda Azərbaycan komandasının üzvləri Danimarka (saat 13:00), Avstriya (saat 22:00) və Litva ilə qarşılaşacaqlar. Bu qeupda ölkəni Zinaida Lyubimova və Vivian Cunha təmsil edəcək.
Qadınlar arasında H qrupunda İuliia Kərimova və Raguel Fereyra Polşa, Ukrayna və Çex Respublikasından olan idmançılarla yarışacaqlar.
Eyni zamanda A və H qruplarından kişilər arasında da yarışlar keçiriləcək.
Boks
Saat 13:45-dən
Azərbaycan idmançısı Collazo Sotomayor kişilər arasında birinci yarımorta çəki (64 kq) dərəcəsi üzrə 1/16 final mərhələsində Sloveniyadan Edin Sejdinoviçlə üzləşəcək. Teymur Məmmədov isə yarımağır çəki dərəcəsində Böyük Britaniyadan Joşua Buatsi ilə mübarizə aparacaq.
Bədii gimnastika
Saat 10:00
Azərbaycan idmançıları qrup lent təsnifat, qrup gürzlər və halqalar təsnifatı, həmçinin qrup çoxnövçülük üzrə finalda yarışacaqlar.
Batut gimnastikası
Saat 18:15-dən
Batut gimnastikası üzrə kişilər və qadınlar arasında təsnifat yarışları olacaq. Qadınlardan Azərbaycanı Svetalana Makştarova, Sabina Zaytsev, kişilərdən isə İlya Qrişunin bə Oleq Puinov təmsil edəcəklər.