Qazaxıstanın Şimkənd şəhərində keçirilən UEFA-nın inkişaf turnirində iştirak edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.
SportArena.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Qazaxıstan yığması ilə qarşılaşma komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmamızdan Nigar Cəlilli və Kristina Bakarandze fərqləniblər.