Azad Rəhimov: "Kiçik mәsәlәlәr belә tәdbirlәrdә böyük rol oynayır"

12:52 17 İyun 2015

“Avropa Oyunları ilә bağlı tәşkilati mәsәlәlәrә iki il vaxt sәrf etmişik”.

 

SportArena.Az xəbər verir ki, bu sözlәri Azərbaycanın gәnclәr vә idman naziri Azad Rәhimov deyib.
 
Nazir xırda detallara da diqqәt yetirdiklərini söyləyib: "Kiçik mәsәlәlәr belә tәdbirlәrdә böyük rol oynayır. Mәn insanların yanaşmasının bu sәviyyәdә olmasını gözlәmirdim. İnsanların üzündә tәbәssüm var, könüllülәrdәn çox mәmnunam. Oyunların bir hissәsi başa çatıb vә bu, bir az kәdәrlidir. Bu yeni layihәni dünya ölkәrinә, federasiyalara tәqdim etmәk üçün tədbiri bu sәviyyәdә keçirməklə düzgün addım atdıq. Bu, yüksәk sәviyyәdә idman yarışı olmaldır. Ola bilәr növbәti mәrhәlәlәrdә bu qәdәr tәntәnәli aşılış olmasın. Avropa idmançılarının illәrdir qitә naliyyәtlәri yox idi”.
 
Xarici mediada dərc olunan bəzi yazılara toxunan nazir idmana siyasәtin qarışmasını istəmədiklərini söyləyib və bu kimi halları pislәyib: “Mәnim buna münasibәtim neqativdir”. apa


Digər xəbərlər

Xəbər xətti