Altay Həsənov: “Siz özünüz də gördünüz ki, bizim gimnastlarımız çox yaxşı çıxış etdilər"

13:04 17 İyun 2015

Hal-hazırda Milli Gimnastika Arenasında Avropa Oyunlarının bədii gimnastika üzrə yarışları keçirilir.

 

SportArena.az xəbər verir ki, Azərbaycan milli komandası bu yarışda yaxşı proqram nümayiş etdirsə də, hakimlər tərəfindən lazimi qiyməti almayıb. Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov bununla bağlı kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlama verib:

 

“Siz özünüz də gördünüz ki, bizim gimnastlarımız çox yaxşı çıxış etdilər. Əgər hakimlər gimnastlarımızın çıxışını düzgün qiymətləndirsəydilər biz Avropa Oyunlarında medal qazana bilərdik. Amma nədənsə hakimlər Azərbaycan milli komandasından daha zəif çıxış edən ölkələrin çıxışlarını yüksək balla qiymətləndirdilər. 4-5 ölkə bizdən aşağı olmalıydı, amma hakimlərin qərarları hər şeyi dəyişdi. Bununla bağlı biz Avropa Gimnastika Federasiyasına etirazımızı bildirəcəyik. Hələ irəlidə də yarışlar var. İnanıram ki gimnastlarımız bizi sevindirəcəklər. Hakimlərin bu mövqeyi ilə bağlı veriləcək hər hansı bir qərarlarla yaxın günlərdə daha ətraflı açıqlama verəcəyəm”.


Digər xəbərlər

Xəbər xətti