İran İslam Respublikasının “Dəniznews” qəzetində və həmin qəzetin elektron variantında “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimi haqqında məqalə dərc edilib.
SportArena.az xəbər verir ki, məqalədə Azərbaycanın davamlı iqtisadi inkişafının belə möhtəşəm idman tədbirlərini keçirməyə imkan verdiyi vurğulanır.
Yazıda qeyd olunur ki, Bakıda 6 mindən çox idmançının qarşılanması və onların rahatlığı üçün böyük hazırlıq işləri aparılıb. Yarışların keçirilməsi üçün dünya standartlarına cavab verən stadionlar tikilib. Materialda Oyunları işıqlandırmaq üçün Azərbaycana gələn xarici mətbuat nümayəndələri üçün də hər cür şəraitin yaradıldığı, mətbuat mərkəzlərinin pulsuz internet sistemi ilə təmin edildiyi nəzərə çatdırılır.
Məqalədə bildirilib ki, rəsmi qəbulda çıxış edən Azərbaycan Prezidenti ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlardan danışıb və idmançılara uğurlar arzulayıb.