"Azərbaycan I Avropa Oyunlarını keçirməklə adını dünya idmanı tarixinə yazdırdı".
SportArena.Az-ın Trend-ə istinadən yaydığı xəbərə görə, bunu "Bakı-2015" Avropa Oyunlarında yunan-Roma güləşində qızıl medal qazanmış Elvin Mürsəliyev (75 kq) deyib.
Onun sözlərinə görə, I Avropa Oyunlarının adı həmişə Azərbaycanla bağlı olacaq:
“Biz sübut etdik ki, iri beynəlxalq yarışları təşkil etməyə hazırıq. Oyunlar sayəsində ölkə qonaqları qədim tariximiz, mədəniyyətimiz, milli mətbəximiz, qonaqpərvərliyimizlə və Bakının gözəlliyi ilə yaxından tanış olmaq imkanı əldə ediblər”.