Bakı 2015 ilk Avropa Oyunlarında rusiyalı atıcı Aleksey Alipov kişilər arasında atıcılıq yarışlarında qızıl medal uğrunda mübarizədə hər bir addımına sanki yeni nəfəslə başlayaraq 34 hədəfi sərrastlıqla vura bilib. Bu qarşılaşmanı uğurla bitərərk qızıl medalı ələ keçirib.
Dünya çempionu slovakiyalı Erik Varqa gərgin keçən altı yarımfinalda 15 hədəfin hamısını vura bilən yeganə yarışçi olub. Onun finalda yalnız bir cəhdi boşa çıxıb və beləliklə gümüş medalın sahibi olub.
Atıcılıq yarışlarında bürünc medalın sahibi isə İtaliyalı Covanni Pellielo olub. O, böyük britaniyalı britaniyalı Ed Linqin icra etdiyi birinci səkkiz hədəfdə yol verdiyi üç yayınmadan istifadə edərək üstünlüyə nail olub. Havanın küləkli olması səbəbi ilə gərgin keçən mübarizəyə baxmayaraq Pellielo bürünc medalın sahibi olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyib. O, həmçinin əlavə edib ki, bu yarış onun üçün Rio 2016-ya hazırlaşmaq üçün əla təcrübədir.
Afinada keçirilmiş 2004-cü il Olimpiya Oyunlarının qızıl və Pekin 2008 Olimpiya Oyunlarının gümüş medal sahibi olmuş Alipov əvvəlcə oyunların yarımfinalında ilk dörd hədəfindən ikisini vura bilməyib. Təəssüf hissi keçirən idmançı bu uğursuzluğun səbəbini hakimdə görür:
"
Lakin səhv başlanğıca baxmayaraq, 40 yaşlı Alipov italyan Covanni Pelliolo ilə yarışa 11-1 xal hesabı ilə nöqtə qoydu. Bu uğurlu sonun nəticəsində Varqa ilə finalda kimin qarşılaşacağını müəyyən odu.
Qeyd edək ki, Pelliolo dörd dəfə dünya çempionu, Sidney 2000 Olimpiya Oyunlarında qızıl, Afina 2004 Olimpiya Oyunlarının və Pekin 2008 Olimpiya Oyunlarında gümüş medal qalibi, öz səkkizinci hədəfini vura bilməyərək, qəfil ölüm formatında zərbə endirmiş güclü idmançıdır.
Altı qızıl medalın sahibi rusiyalı Alipov bir qədər sonra Varqanı qızıl medaldan məhrum etdi. Bu qalibiyyət ona baha başa gələn final kimi qiymətəndirilə bilər.