Bu gün "Bakı-2015" Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib.
SportArena.az xəbər verir ki,ikiqat Avropa çempionumuz Cəbrayıl Həsənov 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşib. İdmançımız vaxtından əvvəl 10:0 hesablı təmiz qələbə ilə növbəti mərhələyə yüksəlib. O, yarımfinalda türkiyəli Soner Dəmirtaşa 3:5 hesabı ilə uduzub. C.Həsənov təsəlliverici görüşdə Anri Seleniusa (Finlandiya) vaxtından əvvəl qalib (11:0) gələrək, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. İdmançımız üçüncü yer uğrunda görüşdə Cəbrayıl bolqarıstanlı Kiril Terziyevlə qarşılaşıb. 9:0 hesabı ilə qalib gələn C.Həsənov bürünc medalın sahibi olub.