Avropa Oyunlarında boks yarışları davam etməkdədir. Bu gün 1/16 mərhələsinin növbəti görüşləri baş tutacaq.
Azərbaycan boksçuları da məhz bu gündən rinqə çıxacaqlar. Yığmamızın 2 idmançısı rəqibini mübarizədən kənarlaşdırmağa çalışacaq.
Boks
Kişilər
64 kq
Bu çəki dərəcəsində ölkəmizi Collazo Sotomayor təmsil edir. Yığmamızın üzvü 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçlə qarşılaşıb və rəqibini hər üç raundda məğlub edib.
Sotomayor bu mərhələdə moldovalı Dmitri Qalaqotla döyüşəcək. Görüşün startı iyunun 21-də saat 20:30-a nəzərdə tutulub
81 kq
Bu dəfə 81 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov Oyunlara 1/16 finaldan start verib. Həmyerlimiz ilk sınaqda Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə gücünü yoxlayıb və hər 3 raunda rinqdən qalib ayrılıb – 3:0 (30:27, 29:28, 30:27).
Onun 1/8 finalda rəqibi Nikol Arutyunova (Ermənistan) 3:0 hesabı ilə qalib gələn Yordan Kulinski (Polşa) olacaq. Döyüş sabah 21:15-də olacaq.