VİDEO "Bakı-2015" bu dəfə Latviyada

10:51 18 İyun 2015

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Dan” Beynəlmiləlçi Gənclər ictimai birliyi Azərbaycan həqiqətlərinin Latviya KİV-lərində təbliğinin təşkili adlı layihəsini sona çatırıb.



Layihə çərçivəsində Latviya kütləvi informasiya vasitələrində Azərbaycan və azərbaycanlılar barədə məlumatların yayımlanmasının ənənəvi xarakter almağına təkan verilmiş, fəal təbliğat işləri aparmaq üçün səylər göstərilib, Azərbaycanda demokratiyanın inkişafı sahəsində qazanılmış uğurların, respublikamızın iqtisadi inkişafının təbliğinə yönəlmiş informasiya kampaniyası keçirilib. Latviyanın focus.lv, latviannews.lv, freecity.lv saytlarında Azərbaycana aid məqalələr dərc edilib, Qarabağ münaqişəsi, Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında həqiqətlər, Bakı-2015 Avropa Oyunları ilə bağlı məlumat Latviya ictimaiyyətinə çatdırılıb. Bundan başqa, Azərbaycan haqqında latış dilində videoçarx hazırlanıb. Təbliğat layihəsi tanınmış teleaparıcı Emin Musavinin iştirakı ilə həyat keçirilib. 

Qeyd edək ki, Latviyada təxminən 2000-dən çox soydaşımız yaşayır. İcma azsaylı olsa da, Azərbaycan Latviya münasıbətlərinin genişlənməsində fəallıq nümaiş etdirir.


Digər xəbərlər

Xəbər xətti