Bu gün "Bakı-2015"-də sərbəst güləş yarışları başa çatır.
61 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Hacı Əliyev 1/8 final mərhələsində erməni rəqibi Valodiya Franqulyanla qarşılaşıb və böyük hesab fərqi ilə qalib gəlib - 7:0.
Güləşçi Hacı Əliyev 1/4 finalda Slovakiya təmsilçisi Mykola Bolotnjuk ilə qarşılaşacaq.
Bildirək ki, Hacı Əliyev Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin qardaşıdır.