YENİLƏNİB Fəridə Əzizovadan gümüş, Harçeqanidən qızıl medal

23:12 18 İyun 2015

Avropa Oyunlarında taekvondo yarışları bu gün də davam edir. Birazdan daha 2 dəst medal öz sahibini tapacaq. Kişilər 80, qadınlar 67 kq çəki dərəcəsində qitənin ilk Oyunlarının ən güclüsünü müəyyənləşdirəcəklər.

 

Kişilər

80 kq

Yığmamızın üzvü Milad Beiqi Harçeqani mübarizəyə ilkin mərhələdən qoşulub. O, ilk görüşündə serbiyalı Damir Feyziçlə üz-üzə gəlib və 12:0 hesabı ilə qalib gəlib. Taekvondoçumuz 1/4 finalda böyük britaniyalı Muhammed Lutalo ilə qarşılaşıb. Rəqibini 17:5 hesabı ilə məğlub edən Harçeqani yarımfinala yüksəlib. O, finala gedən yolda portuqaliyalı Julio Fereyra ilə üz-üzə gəlib. Rəqibinə 6:2 hesabı ilə qalib gələn təmsilçimiz finala adlayıb. Taekvondoçumuz qızıl medal uğrunda döyüşdə rusiyalı Albert Qaunla qarşılaşıb və 9:4 hesabı ilə qalib gələrək Avropa Oyunlarının qalibi olub.
 


Qadınlar

67 kq

Qadınların yarışında ölkəmizi Fəridə Əzizova təmsil edir. O, ilkin mərhələdə hollandiyalı Yoyse Van Baarinlə qüvvəsini sınayıb. F.Əzizova rəqibini 2:0 hesabı ilə məğlub edib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarla döyüşüb. Rəqibinə 6:2 hesabı ilə qalib gələn taekvondoçumuz yarımfinala adlayıb. F.Əzizova bu mərhələdə isveçli Elin Yohansonlə qarşılaşıb. Bu döyüşdən də qalib ayrılan (5:2) təmsilçimiz adını finala yazdırıb. O, həlledici görüşdə Rusiya idmançısı Anastasiya Barişnikova ilə üz-üzə gəlib və 5:6 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti