AÇIQLAMA "Ötən gün 32 mindən çox tamaşaçı İlk Avropa Oyunlarını izləyib"

15:44 18 İyun 2015

"Ötən gün 32 mindən çox tamaşaçı ilk Avropa Oyunlarını izləyib."

 

SportArena.az xəbər verir ki, bunu "Bakı-2015" ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinın əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.

O bildirib ki, dünən ilk dəfə bir gündə 4 idman növü üzrə yarış keçirilib: "Artıq Mingəçevirdə fəaliyyətimiz tədricən azalır. İdmançılar ölkələrinə qayıdırlar. Hazırda nailiyyətlərimizdən çox məmnunam. Dünən güləş yarışlarına qatıldım, bu yarışdan böyük məmnunluq duydum".

Daha sonra isə Beynəlxalq İdman Yayım Şirkətinin prezidenti Manolo Romero çıxış edib: "Hazırda ilk Avropa Oyunları yalnız Avropada deyil, eyni zamanda Yeni Zellandiyada, Çində, Hindistanda və Avropanın 45 ölkəsində yayımlanır. İlk Avropa Oyunları Avropanın beş ölkəsində yayımlanmır. Bu ölkələr Malta, İslandiya, Bosniya-Hersoqovina, Monteneqro və Makedoniyadır".

Manola Romero bildirib ki, ilk Avropa Oyunlarının yayımları eyni zamanda ərəb və ispan dillərini əhatə edir.

O vurğulayıb ki, 100 saatdan çox yayım hazırlanması üçün müqavilə imzalanıb, hazırda isə 600 saatdan çox yayım hazırlanıb.


Digər xəbərlər

Xəbər xətti