Boksçumuzun başı qanadı, Avropa Oyunlarından kənar qala bilər

18:12 18 İyun 2015

Boksçumuz Teymur Məmmədov Avropa Oyunlarına qələbə ilə başlayıb.

Sportarena.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən həmyerlimiz Böyük Britaniya təmsilçisi Joshua Buatsi üzərində qələbə qazanıb - 3:0 (30:27, 29:28, 30:27).

Milli komandamızın üzvü 1/8 finalda Jordan Kulinski (Polşa) - Nikolay Arutunyov (Ermənistan) cütünün qalibi ilə qarşılaşmalıydı. Kulinski 3:0 hesabı ilə qələbə qazanaraq, Məmmədovun rəqibi olub.

Qeyd edək ki, Məmmədov ilk görüşdə ciddi zədə alıb. Belə ki, rəqibinin zərbələrindən biri onun başının qanamasına səbəb olub. Görüşdən dərhal sonra həkimə yollanan boksçumuzun növbəti görüşlərə çıxıb-çıxmayacağı hələ bəlli deyil.


Digər xəbərlər

Xəbər xətti