“Bakı
Dövlət Rəqs Ansamblının üzvü məşq prosesindən danışıb:
“10 ildir Afaq Məlikovanın rəhbərlik etdiyi ansamblın üzvüyəm. Aprelin əvvəlindən Avropa Oyunlarına məşqlər başlamışdı. Mənim işim rəqs etməkdir. Heç açılışdakı çıxışıma aiddiyatı yox idi. Orada əsas üz ifadələri idi. Hər bir formaya girməyi bacarmalıydın. Alovlandırdığım günəşlə ayın birləşməsi idi. Alovu elə atmalıydım ki, dəqiq ora dəysin. Konsert gecəsi rejissor mənə mesaj yazdı ki, alovu düz mərkəzdən vurmusan. O qədər məşq etmişdim ki... Hətta məşqlərdə qolum da çıxmışdı, əzilmişdi. O qədər insan qarşısında çıxış etmək gözəl hiss idi".