FOTO - I Avropa Oyunlarına qatılan türk idmançı Bakıda əməliyyat olundu

21:35 18 İyun 2015

I Avropa Oyunlarına Türkiyədən qatılan triatlonçu Ece Bakıcı yarış vaxtı aldığı zədə səbəbindən ayağından əməliyyat edilib. 
 

 

Bu barədə report-a idmançının özü məlumat verib.O, yarış vaxtı qaçarkən ayağında ağrılar hiss etdiyini deyib: “Ağrılara baxmayaraq, bir müddət dayanmadım və qaçmağa davam etdim. Lakin ağrılar şiddətləndi və mən yıxıldım. Qırağa çəkilərək ambulansı gözlədim”.

İdmançı hadisədən sonra Bakıdakı klinikalardan birində “bud sümüyü boynunun sınığı” diaqnozu ilə əməliyyat olunub: “Mən hadisədən sonra Türkiyəyə qayıtmaq istəyirdim. Lakin həkimlər dedi ki, təcili əməliyyat olunmalısan”.

İndiyə qədərki yarışlara tək getdiyini deyən E.Bakıcı ilk dəfədir ailə üzvlərindən onu müşayiət edən olduğunu söyləyib: “Anama israrla dedim ki, Bakıya mənimlə gəlsin. Çünki ilk Avropa Oyunları mənim üçün çox vacib idi, buraya qələbə əzmi ilə gəlmişdim... Yaxşı ki, anam mənimlə gəlib”.

Qeyd edək ki, E.Bakıcı bu gecə Türkiyəyə yola salınacaq.


Digər xəbərlər

Xəbər xətti