Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” 2-ci yoxlama oyununu keçirib.
Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iyunun 10-dan qonşu ölkədə hazırlıq keçən “qırmızı-qaralar” həvəskarlar liqasında çıxış edən “Aşkalespor”la qarşılaşıb. Oyun "Qəbələ"nin 10:0 hesablı qələbəsi ilə başa çatıb. Sözügedən görüşdə zədəsini yeni sağaldan Dodo iki qol vurub.
Komandanın baş məşqçisi Roman Qriqorçuk Ərzurumun U-21 komandası ilə ilk yoxlama oyununda olduğu kimi bu dəfə də əsasən yeni transferlərə və əvəzedici heyətin üzvlərinə şans verib. Görüşdə komandaya hazırlığın Qəbələdə keçiriləcək 2-ci mərhələsində qoşulacaq milli üzvləri də iştirak etməyib.
"Qəbələ" sabah səhər məşqindən sonra vətənə qayıdacaq.
Qeyd edək ki, "qırməzı qaralar" hazırlıq çərçivəsindəki ilk oyunda Ərzurumun U-21 komandasını 2:1 hesabı ilə məğlub edib.
18 iyun
Yoxlama oyunu
“Qəbələ”-“Aşkalespor” – 10:0
Qollar: Aleksey Qay 12 (1:0) Asif Məmmədov 15 (2:0) Dodo 25 (3:0), 26 (4:0), Samir Zərgərov, 48 (5:0), 57 (6:0), Rəşad Sadiqov, 66 (7:0), Qismət Alıyev, 68 (8:0), 69 (9:0), Samir Zərgərov, 77 (10:0)