Bu gün "Bakı-2015" I Avropa Oyunlarında taekvondoçuların yarışında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşir.
Növbəti oyun günündə biri kişi, digəri qadın olmaqla daha iki taekvondoçumuz mübarizəyə qoşulub.
Kişilər
80 kq
Yığmamızın liderlərindən olan Radik İsayev ilkin mərhələdən azaddır. O, mübarizəyə 1/4 finaldan qoşulub. Dünya çempionumuz 1/4 finalda Jeron Vanruiju (Hollandiya) sınağa çəkib və 8:6 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
İsayev finala gedən yolda sloveniyalı Konrad Traykoviçlə üz-üzə gəlib. Rəqibini 17:2 hesabı ilə məğlub edən taekvondoçumuz finala yüksəlib. Bununla da, o, ən azı gümüş medalı özü üçün təmin edib. İsayev qızıl medal uğrunda döyüşdə Vladislav Larinlə (Rusiya) qarşılaşıbvə bu görüşdə 4:3 hesabı ilə qələbə qazanan idmançımız Avropa Oyunlarının qalibi olub.
Qadınlar
67 kq
Qadınların yarışında ölkəmizi Mariya Tedeyeva təmsil edir. Millimizin medal ümidlərindən olan 21 yaşlı taekvondoçumuz ilkin mərhələdə 27 ukraynalı Marina Koniyeva ilə qarşılaşıb və 4:10 hesabı ilə uduzub. Əgər Koniyeva finala yüksələrsə, Tedeyeva bürünc medal uğrunda çıxışını davam etdirəcək.