Bakı-2015 I Avropa Oyunlarında sərbəst güləş 125 kq çəki dərəcəsində çempionluğu qazanmış türk güləşçi Taha Akgül çempionluğu şərh edib.
Akgül ölkəsinin bayrağını güləş yarışlarının son günündə dalğalandırdığı üçün sevincli olduğunu deyib:
“Azərbaycanlı qardaşlarımızla bərabər İstiqlal marşımızı oxutmaq mənim üçün bütün müsabiqələrdən daha önəmlidi. Növbəti hədəf dünya çempionatıdı. ABŞ-da keçiriləcək dünya birinciliyi Olimpiadaya vəsiqə baxımından da çox önəmlidi. Tək əksiyim Olimpiya çempionluğudu. İnşallah, bayrağımızı Olimpiadada da ən yüksəyə qaldıracam”. (apasport)