Belçika akrobatları çoxnövçülük yarışlarında birinci oldu

13:57 19 İyun 2015

“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində akrobatika gimnastikası üzrə qızlar arasında keçirilən çoxnövçülük üzrə komanda yarışlarının qalibi 86,480 xal toplayan Belçika komandası olub.

Sportarena.az xəbər verir ki, Rusiya akrobatları 85,430 xalla ikinci, Belarus akrobatları isə 84.610 xalla üçüncü yerləri bölüşüblər.

Qalib komandalara medalları Avropa Olimpiya Komitəsinin vitse-prezidenti və Milli Olimpiya Komitələri Assosiasiyasının üzvü Aleksandr Kozlovski təqdim edib.

 

 


Digər xəbərlər

Xəbər xətti